...

Vaşinqtonda iğtişaşlara görə 217 nəfər saxlanılıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 21 Yanvar 2017 04:07 (UTC +04:00)
ABŞ-ın paytaxtı Vaşinqtonda polislə Donald Trampın əleyhdarları arasında toqquşmalar baş verib
Vaşinqtonda iğtişaşlara görə 217 nəfər saxlanılıb (YENİLƏNİB)

Bakı. Trend:

ABŞ-ın paytaxtı Vaşinqtonda polislə Donald Trampın əleyhdarları arasında toqquşmalar baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, iğtişaşlar nəticəsində 217 nəfər saxlanılıb.

Xəbərdə deyilir ki, toqquşmalar nəticəsində 6 polis əməkdaşı xəsarət alıb. Etirazçılar vitrinləri və maşınların pəncərələrini sındırıblar və şəhərin mərkəzində limuzini yandırıblar.

XXX

03:40

ABŞ-ın paytaxtı Vaşinqtonda polislə Donald Trampın əleyhdarları arasında toqquşmalar baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, iğtişaşlar nəticəsində 90-dan artıq insan saxlanılıb.

Xəbərdə deyilir ki, daha əvvəl toqquşmalar nəticəsində 2 polis əməkdaşı xəsarət alıb. Etirazçılar asayiş keşikçilərinə şüşə qablar və zibil atırlar, polislər isə etirazçılara qarşı gözyaşardıcı qaz, səs qumbarası və su şırnaqlarından istifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti