...

"Turkish Airlines"a məxsus təyyarə İranda təcili eniş edib

Dünya xəbərləri Materials 23 Yanvar 2017 00:03 (UTC +04:00)
Küveytdən İstanbula uçan "Turkish Airlines"a məxsus "Airbus 320" sərnişin təyyarəsi İranın Kermanşah şəhərinin Şəhid Əşrəfi İsfahani hava limanında təcili eniş edib
"Turkish Airlines"a məxsus təyyarə İranda təcili eniş edib

Bakı. Trend:

Küveytdən İstanbula uçan "Turkish Airlines"a məxsus "Airbus 320" sərnişin təyyarəsi İranın Kermanşah şəhərinin Şəhid Əşrəfi İsfahani hava limanında təcili eniş edib.

Trend-in "İRNA" agentliyinə istinadən verdiyi məlumata görə, təcili enişin səbəbi texniki nasazlıq olub.

Təyyarənin sərnişinləri hava limanının yaxınlığındakı mehmanxanaya yerləşdirilib.

Məlumata görə, sərnişinləri İstanbula götürmək üçün Türkiyədən təyyarə yola düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti