...

Tehranda binanın dağılması nəticəsində xəsarət alanların sayı 200-ə yaxınlaşır

Dünya xəbərləri Materials 23 Yanvar 2017 12:34 (UTC +04:00)
Tehranda yanğın zamanı çoxmərtəbəli binanın dağılması nəticəsində xəsarət alanların sayı 200-ə yaxınlaşır.
Tehranda binanın dağılması nəticəsində xəsarət alanların sayı 200-ə yaxınlaşır

Bakı. Trend:

İranın paytaxtı Tehranda çoxmərtəbəli binanın dağılması nəticəsində xəsarət alanların sayı 200-ə yaxınlaşıb.

Trend-in məlumatına görə, bunu IRNA agentliyinə müsahibəsində şəhər Xilasetmə Xidməti İdarəsinin əməkdaşı Həsən Abbasi deyib.

Xilasedicinin sözlərinə görə, ümumilikdə 194 nəfər xəsarət alıb, onlardan 44-ü xəstəxanaya yerləşdirilib:

Tehranda Türkiyə, Almaniya və Britaniya səfirliklərinin əməkdaşları təxliyə edilib - Yanğına görə (FOTO/VİDEO) (YENİLƏNİB)

Tehranda Türkiyə, Almaniya və Britaniya səfirliklərinin əməkdaşları təxliyə edilib - Yanğına görə (FOTO/VİDEO) (YENİLƏNİB)

"İşlər davam edir, indiyədək iki yanğınsöndürənin meyitinin şəxsiyyəti müəyyən edilib".

Qeyd edək ki, yanvarın 19-da Tehranın ən köhnə göydələni olan bu 17 mərtəbəli binada yanğın baş vermiş və tikili dağılmışdı. Hadisə vaxtı binada çox sayda yanğınsöndürən olub. Bundan əvvəl 7 nəfərin öldüyü, 84 nəfərin xəsarət aldığı bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti