...

Brüsseldə etiraz aksiyası - bu dəfə süd istehsalçıları

Dünya xəbərləri Materials 23 Yanvar 2017 13:52 (UTC +04:00)
Brüsseldə Avropa İttifaqı ölkələrindən olan süd istehsalçıları etiraz aksiyası keçirir
Brüsseldə etiraz aksiyası -  bu dəfə süd istehsalçıları

Bakı. Trend:

Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrindən olan süd istehsalçıları etiraz aksiyası keçirir.

Trend-in məlumatına görə, aksiya Aİ-nin südçülük sahəsində həyata keçirdiyi siyasətə qarşı keçirilir.

Hazırda Brüsseldə Aİ kənd təsərrüfatı nazirlərinin iclası keçirilir.

Aksiyada iştirak edən süd istehsalçıları iclasın keçirildiyi binanın yaxınlığına traktorlar gətirib.

Süd istehsalçılarının fikrincə, Avropa ölkələrinin həyata keçirilən siyasət südün qiymətinin kəskin ucuzlaşmasına səbəb olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti