...

Baş nazirin müavini: Tramp Türkiyə ilə münasibətlərdə Obamanın səhflərini təkrar etməməlidir

Dünya xəbərləri Materials 23 Yanvar 2017 19:38 (UTC +04:00)
Güman ki, Donald Tramp Ağ Evin başında Vaşinqtonun Yaxın Şərq, eləcə də digər ölkələrə qarşı münasibətdə siyasətinə dəyişikliklər etməyə çalışacaq.
Baş nazirin müavini: Tramp Türkiyə ilə münasibətlərdə Obamanın səhflərini təkrar etməməlidir

Bakı. Trend:

Güman ki, Donald Tramp Ağ Evə rəhbərliyi dövründə Vaşinqtonun Yaxın Şərq, eləcə də digər ölkələrə qarşı siyasətinə dəyişikliklər etməyə çalışacaq.

Trend-in məlumatına görə, bunu Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş deyib.

Baş nazirin müavini bildirib: "Ümid etmək istərdik ki, yeni administrasiya Yaxın Şərqdə sülhə çalışacaq".

Onun sözlərinə görə, Ankara ümid edir ki, Tramp Türkiyəyə yanaşmada Obamanın etdiyi səhfləri təkrar etməyəcək.

N.Kurtulmuş Tramp administrasiyasına Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsinə də müsbət yanaşmağı tövsiyə edib. O, F.Gülənin Türkiyəyə təhvil verilməsi barədə məsələnin Tramp administrasiyası qarşısında qaldırılacağını da vurğulayıb.

Xəbər lenti

Xəbər lenti