Bakı. Trend:
Türkiyənin Adana şəhərində məhkəmə binasının yaxınlığındakı parkda silahlı atışma olub.
Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, əmiuşaqları arasında baş verən atışma nəticəsində 2-si ağır olmaqla 4 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıb. Polis şübhəliləri saxlayıb.
Hadisənin səbəbi araşdırılır.