...

Ərdoğan Mozambikdə

Dünya xəbərləri Materials 24 Yanvar 2017 17:05 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mozambikə rəsmi səfərə gəlib.
Ərdoğan Mozambikdə

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mozambikə rəsmi səfərə gəlib. Trend-in məlumatına görə, Mozambik paytaxtı Maputuda Ərdoğanı rəsmi qarşılama mərasimi keçirilib.

Mozambikə səfərindən öncə, Türkiyə prezidenti Tanzaniyada olub və prezident Con Pombe Maqufuli ilə görüşüb.

Ərdoğanı səfərdə həyat yoldaşı Əminə Ərdoğan, XİN rəhbəri Mövlud Çavuşoğlu və digər rəsmilər müşayiət edir.

Türkiyə prezidentinin həmin regiona səfərində son məntəqə Madaqaskar olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti