...

İtaliyada hotelin qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı artıb (VİDEO)

Dünya xəbərləri Materials 25 Yanvar 2017 11:18 (UTC +04:00)
İtaliyanın Abrutso vilayətində hotelin qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
İtaliyada hotelin qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı artıb (VİDEO)

Bakı. Trend:

İtaliyanın Abrutso vilayətində hotelin qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

Bu barədə Trend "RaiNews24" telekanalına istinadən məlumat verir.

Ötən gecə xilasedicilər dağıntılar altında daha 3 meyit çıxarıblar.

Hazırda 8 nəfər itkin düşmüş hesab edilir.

Qeyd edək ki, yanvarın 18-də Abrutso vilayətinin Farindola qəsəbəsinin yaxınlığında Qran-Sasso dağ massivinda qar uçqunu baş verib. 40 nəfərin qaldığı "Rigopiano" hoteli qar uçqununun altında qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti