Bakı. Taleh Ağaverdiyev - Trend:
İstanbulda plastik məmulatlar fabrikində partlayış baş verib. Trend-in məlumatına görə, partlayış nəticəsində 4 nəfər yaralanıb.
Partlayışdan sonra güclü yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər və tibbi yardım maşınları cəlb olunub.
Hadisənin səbəbləri hələlik məlum deyil.