...

Polşanın müdafiə naziri qəzaya düşüb

Dünya xəbərləri Materials 26 Yanvar 2017 00:44 (UTC +04:00)
Polşanın müdafiə naziri Antoni Maçereviç Torun şəhərinin yaxınlığında qəzaya düşüb
Polşanın müdafiə naziri qəzaya düşüb

Bakı. Trend:

Polşanın müdafiə naziri Antoni Maçereviç Torun şəhərinin yaxınlığında qəzaya düşüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, müdafiə nazirinin avtomobili də daxil olmaqla qəzada 6 avtomobil iştirak edib.

Polşa müdafiə nazirliyinin rəsmi nümayəndəsi Bartolomey Mişeviç bildirib ki, nazir qəza nəticəsində xəsarət almayıb. İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti