...

Moskva aeroportlarında 20-dən çox reys gecikib və ləğv edilib

Dünya xəbərləri Materials 27 Yanvar 2017 10:48 (UTC +04:00)
Moskva aeroportlarında 15 reys gecikib, 6 reys isə təxirə salınıb.
Moskva aeroportlarında 20-dən çox reys gecikib və ləğv edilib

Bakı. Trend:

Moskva aeroportlarında 15 reys gecikib, 6 reys isə təxirə salınıb.

Trend-in məlumatına görə, belə ki, "Şeremetyevo" aeroportunda 11 reys gecikir, 2 reys ləğv olunub, "Domodedovo"da isə 4 aviareys gecikib, 4-ü təxirə salınıb.

"Vnukovo" və "Jukovski" hava limanlarında isə hələ gecikmə ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, Rusiya FHN paytaxtda yaxın vaxtlarda güclü külək və çovğunla əlaqədar xəbərdarlıq edib. Hazırda Moskvada havanın temperaturu mənfi 5 dərəcədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti