...

Mövlud Çavuşoğludan Holokostla bağlı çağırış

Dünya xəbərləri Materials 27 Yanvar 2017 11:42 (UTC +04:00)
Mövlud Çavuşoğlu Beynəlxalq Holokost qurbanlarının Anım Günündə antisemitizmə, irqçiliyə, ksenofobiyaya və islamofobiyaya qarşı qətiyyətli mübariza aparmağa çağırıb.
Mövlud Çavuşoğludan Holokostla bağlı çağırış

Bakı. Anaxanım Hidayətova - Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Beynəlxalq Holokost qurbanlarının Anım Günündə antisemitizmə, irqçiliyə, ksenofobiyaya və islamofobiyaya qarşı qətiyyətli mübariza aparmağa çağırıb.

Trend-in məlumatına görə, nazir bu barədə "Twitter" səhifəsində yazıb.

M.Çavuşoğlu öz çağırışında Holokostu bəşəriyyət tarixinin qara səhifəsi adlandırıb.

Qeyd edək ki, Beynəlxalq Holokost qurbanlarının Anım Günü 2005-ci ildə BMT tərəfindən qəbul olunub və hər il yanvarın 27-də qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti