...

Malayziya sahillərində batmış gəminin 25 sərnişini xilas edilib (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 29 Yanvar 2017 17:27 (UTC +04:00)
Xilasedicilər Malayziya sahillərində batmış sərnişin gəmisində olan 31 nəfərdən 25-ni xilas ediblər
Malayziya sahillərində batmış gəminin 25 sərnişini xilas edilib (YENİLƏNİB-2)

Bakı. Trend:

Xilasedicilər Malayziya sahillərində batmış sərnişin gəmisində olan 31 nəfərdən 25-ni xilas ediblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daha 6 nəfər itkin düşmüş sayılır.

"Sina" informasiya portalının yaydığı məlumata görə isə 27 nəfər xilas edilib, 4 nəfər itkin düşmüş sayılır.

XXX

15:11

Xilasedicilər Malayziya sahillərində batmış sərnişin gəmisini aşkar ediblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, gəmi batan yerin yaxınlığında bir neçə sağ qalmış insan tapılıb.

XXX

07:15

Malayziyada gəmi itkin düşüb.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, gəminin göyərtəsində 31 nəfər, o cümlədən 20 çinli turist, olub.

Məlumata görə, yanvarın 28-da Sabah ştatının Kota-Kinabalu şəhərindən Menqalum adasına yola düşən gəmi itkin düşübş

Hazırda axtarış-xilasetmə işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti