...

Türkiyə və İsrail son 7 ildə ilk siyasi məsləhətləşmə keçirir

Dünya xəbərləri Materials 30 Yanvar 2017 19:55 (UTC +04:00)
Türkiyə və İsrail arasında 7 ildən sonra ilk siyasi məsləhətləşmə keçiriləcək.
Türkiyə və İsrail son 7 ildə ilk siyasi məsləhətləşmə keçirir

Bakı. Trend:

Türkiyə və İsrail arasında 7 ildən sonra ilk siyasi məsləhətləşmə keçiriləcək.

Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məsləhətləşmə fevralın 1-də Ankarada keçiriləcək.

Hər iki ölkə qarşılıqlı əlaqələri və səfərləri maksimum şəkildə normallaşdırmağa çalışır.

Bu həftə Türkiyə hökumətinin nazirlərindən birinin də İsrailə səfəri gözlənilir.

Qeyd edək ki, 2010-cu ildə "Mavi Mərmərə" hadisəsindən sonra korlanan Türkiyə-İsrail əlaqələri 2016-cı ilin iyulunda münasibətlərin normallaşdırılması ilə bağlı imzalanan razılıqdan sonra yenidən yaxşılaşmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti