...

İstanbulun mərkəzində yanğın: zəhərlənənlər var (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 31 Yanvar 2017 16:10 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərinin İstiqlal prospektində bərpa işlərinin aparıldığı binanın damında yanğın baş verib.
İstanbulun mərkəzində yanğın: zəhərlənənlər var (FOTO/VİDEO)

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərinin İstiqlal prospektində bərpa işlərinin aparıldığı binanın damında yanğın baş verib.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, yanğın yaxınlıqda kino zalı, restoranlar və boulinq salonunun yerləşdiyi başqa bir binaya da keçib.

Yanğının yayılmamasına səy göstərən iki nəfər tüstündən zəhərlənərək huşunu itirib.

Hadisə yerinə cəlb olunan 3 yanğınsöndürmə briqadası böyük çətinliklə yanğını söndürə bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti