...

Ərdoğandan Merkelə etiraz: Bu ifadə doğru deyil

Dünya xəbərləri Materials 2 Fevral 2017 19:05 (UTC +04:00)
Almaniya kansleri Angela Merkel Ankaraya səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla birgə mətbuat konfransı keçirib.
Ərdoğandan Merkelə etiraz: Bu ifadə doğru deyil

Bakı. Trend:

Almaniya kansleri Angela Merkel Ankaraya səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla birgə mətbuat konfransı keçirib.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, mətbuat konfransında İŞİD-dən danışarkən A. Merkelin “islamist terror” ifadəsi işlətməsi R.T.Ərdoğanın etirazına səbəb olub.

O, deyib: "İslamist terror ifadəsi biz müsəlmanları ciddi şəkildə üzür. Belə bir ifadədən istifadə doğru deyil. Çünki islamla terror bir araya gələ bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti