...

Voleybol topu bomba imiş - PKK "istehsalı" (FOTO)

Dünya xəbərləri Materials 6 Fevral 2017 14:22 (UTC +04:00)
PKK terrorçularının hazırladığı partlayıcı qurğular aşkar edilib.
Voleybol topu bomba imiş - PKK "istehsalı" (FOTO)

Bakı. Fidan Həsənzadə - Trend:

Türkiyənin Mardin vilayətinin Darkeçid rayonunda PKK terrorçularının hazırladığı partlayıcı qurğular aşkar edilib.

Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, partlayıcı maddələr 3 qaz balonu, bir yanğınsöndürmə balonu və 6 voleybol topunun içərisinə yerləşdirilib.

Terrorçuların evində aparılan axtarış zamanı zirzəmidə partlayıcı vasitələr yerləşdirilmiş məişət əşyaları aşkarlanaraq ələ keçirilib.

Türkiyə Silahlı Qüvvələri qaçan 5 terrorçunun Silopi rayonunda təslim olduğunu açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti