...

Berlin aeroportlarının işçiləri tətil edir

Dünya xəbərləri Materials 7 Fevral 2017 20:26 (UTC +04:00)
Almaniyanın paytaxtı Berlində sabah "Tegel" и "Schönefeld" aeroportlarının işçilərinin tətil edəcəyi gözlənilir.
Berlin aeroportlarının işçiləri tətil edir

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlində sabah "Tegel" и "Schönefeld" aeroportlarının işçilərinin tətil edəcəyi gözlənilir.

Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, etiraz aksiyasını həmkarlar ittifaqı təşkil edir.

Tətilə bir neçə nəqliyyat şirkətinin 2 mindən artıq əməkdaşı qatılacaq.

Aksiya iştirakçıları bir saat üçün 12 avro əmək haqqının ödənilməsini tələb edirlər. Hazırda bu rəqəm 11 avrodur. Bundan başqa həmkarlar ittifaqı karyera yüksəlişi prespektivlərinin yaxşılaşdırılmasını tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti