...

Suriyada türk hərbçilərə hücum: 2 ölü, 15 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 8 Fevral 2017 14:16 (UTC +04:00)
Suriyanın Əl-Bab bölgəsində türk hərbçilərə hücum olub.
Suriyada türk hərbçilərə hücum: 2 ölü, 15 yaralı (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:05-də yayılıb)

Bakı. Trend:

Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçiləri ilə İŞİD terror qruplaşmalarının üzvləri arasında şiddətli atışma olub.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, atışma nəticəsində 2 türk həbçi ölüb, 15-i yüngül xəsarət alıb.

58 İŞİD üzvünün məhv edildiyi bildirilir.

Həmçinin Türkiyə Silahlı Qüvvələrinin apardığı "Fərat qalxanı" əməliyyatı çərçivəsində strateji təpələr ələ keçirilib.

X X X

13:05

Suriyanın Əl-Bab bölgəsində türk hərbçilərə hücum olub.

Trend-in "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, Suriyada İŞİD terrorçularının hücumu nəticəsində yaralı türk hərbçilərin olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti