...

Perunun eks prezidenti Toledonu həbs gözləyir - Rüşvət qalmaqalı

Dünya xəbərləri Materials 10 Fevral 2017 09:19 (UTC +04:00)
Toledo haqqında məhkəmə həbs cəzası seçilməsi barədə qərar qəbul edib.
Perunun eks prezidenti Toledonu həbs gözləyir - Rüşvət qalmaqalı

Bakı. Trend:

Perunun eks prezidenti Alexandro Toledo haqqında məhkəmə həbs cəzası seçilməsi barədə qərar qəbul edib. Trend-in məlumatına görə, eks prezident Braziliyanın məşhur tikinti şirkəti "Odebrecht"lə bağlı rüşvət qalmaqalında ittiham olunur.

Qərarın beynəlxalq xarakter daşıdığı bildirilir. Məhkəmə bu qərarla Peru Prokurorluğunun Toledo haqqında 18 aylıq həbs seçilməsi iddiasını təmin etmiş olur.

Qeyd edək ki, eks prezidentin hazırda Fransada olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti