...

Banqladeşdə avtobus qəzaya uğrayıb: 13 ölü

Dünya xəbərləri Materials 11 Fevral 2017 06:20 (UTC +04:00)
Banqladeşin cənub-qərbində baş verən ağır yol qəzasında azı 13 nəfər ölüb, onlarla insan xəsarət alıb
Banqladeşdə avtobus qəzaya uğrayıb: 13 ölü

Bakı. Trend:

Banqladeşin cənub-qərbində baş verən ağır yol qəzasında azı 13 nəfər ölüb, onlarla insan xəsarət alıb.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, Bxanqa yaşayış məntəqəsindən 12 kilometrliyində avtobusla qaz balonları daşıyan yük avtomobili toqquşub. Hər iki nəqliyyat vasitəsi qəzadan sonra alışıb.

Verilən məlumata görə ölənlərdən 12-i avtobusun sərnişini, 1 nəfər isə yük avtomobilinin sürücüsü olub.

Hadisə yerində araşdırma aparılır. Ölənlərin sayının artması istisna edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti