...

Tramp Meksika ilə sərhəddə divar tikintisinin qiymətini azaldacağına söz verib

Dünya xəbərləri Materials 11 Fevral 2017 18:43 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp söz verib ki, Meksika ilə sərhəddə divar tikintisinin qiyməti çox azalacaq
Tramp Meksika ilə sərhəddə divar tikintisinin qiymətini azaldacağına söz verib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp söz verib ki, Meksika ilə sərhəddə divar tikintisinin qiyməti çox azalacaq.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Tramp öz "Twitter" hesabında yazıb.

"Mən oxuyuram ki, böyük sərhəd DİVARI hakimiyyətin əvvəlcə düşündüyündən baha başa gələcək, amma mən layihələndirilmədə və danışıqlarda hələ iştirak etməmişəm. Mən danışıqlara qoşulanda "Air Force One" proqramında və F-35 təyyarələrinin qiymətində olduğu kimi QİYMƏT ÇOX AZALACAQ", - Tramp hesabında yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti