...

İtaliyada qar uçqunu: 1 ölü

Dünya xəbərləri Materials 12 Fevral 2017 07:26 (UTC +04:00)
İtaliyanın Kuneo əyalətində qar uçqunu baş verib
İtaliyada qar uçqunu: 1 ölü

Bakı. Trend:

İtaliyanın Kuneo əyalətində qar uçqunu baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qar uçqunu nəticəsində 1 xizakçi həlak olub, 4-ü isə xəsarət alıb.

Hadisə yerinə həkimlər və xilasedicilər cəlb olunub.

Qeyd edək ki, yanvarın 18-də Abrutso vilayətinin Farindola qəsəbəsinin yaxınlığında Qran-Sasso dağ massivində qar uçqunu baş vermişdi. 40 nəfərin qaldığı "Rigopiano" hoteli qar uçqununun altında qalmışdı. Hadisə nəticəsində hoteldə qalan 40 nəfərin 29-u həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti