...

İstanbulda "Reina terrorçusu" edam olunmasını istəyir

Dünya xəbərləri Materials 13 Fevral 2017 17:32 (UTC +04:00)
İstanbulda Yeni il gecəsi "Reina" əyləncə klubunda 39 nəfəri qətlə yetirən Abdulkadir Maşaripov edam olunmasını istəyir.
İstanbulda "Reina terrorçusu" edam olunmasını istəyir

Bakı. Trend:

İstanbulda Yeni il gecəsi "Reina" əyləncə klubunda 39 nəfəri qətlə yetirən Abdulkadir Maşaripov edam olunmasını istəyir.

Trend-in məlumatına görə, terrorçu məhkəməyə ifadəsində Türkiyə dövləti əleyhinə fəaliyyət göstərmədiyini bildirib: "Türkiyəyə qarşı bir hərəkət etmədim. Peşman deyiləm. Qisas aldığımı düşünürəm".

"Reina" hadisəsindən əvvəl hər hansı oxşar hərəkət etmədiyini deyən A.Maşaripov universitet məzunu və müəllim olduğunu qeyd edib:

İstanbulda 39 nəfəri öldürən terrorçu belə tutuldu (FOTO/VİDEO)

İstanbulda 39 nəfəri öldürən terrorçu belə tutuldu (FOTO/VİDEO)

"Mən İŞİD üzvüyəm. Dünyada xristianların törətdiyi qətllərə qarşı, onlardan intiqam almaq məqsədilə məhz onların bayram günündə bu addımı atdım. Məqsədim xristianları öldürmək idi. Haqqımda edam hökmü çıxarılsa, yaxşı olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti