Bakı. Trend:
Ötən il İstanbul aeroportunda terror hadisəsi törətməkdə ittiham olunan 40-dan artıq şəxsi ömürlük həbs cəzası gözləyir.
Trend-in məlumatına görə, bu barədə Türkiyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Qeyd edək ki, ötən il iyunun 28-də İstanbulun "Atatürk" hava limanında ardıcıl baş vermiş 3 partlayış nəticəsində 19-u xarici vətəndaş olmaqla 44 nəfər ölmüş, 239 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdı.