...

Bu ölkədə "Sevgililər günü" qadağan olundu

Dünya xəbərləri Materials 14 Fevral 2017 20:22 (UTC +04:00)
Ali Məhkəməs ictimai yerlərdə "Sevgililər Günü" qeyd etməyi qadağan edib.
Bu ölkədə "Sevgililər günü" qadağan olundu

Bakı. Fidan Həsənzadə - Trend:

Pakistan Ali Məhkəməsi ictimai yerlərdə "Sevgililər Günü" qeyd etməyi qadağan edib. Səbəb isə bu bayramın İslam qaydalarına uyğun olmaması göstərilib.

Trend-in "Dawn"-a istinadən verdiyi xəbərə görə, media vasitələrində "Sevgililər Günü" haqqında reklamların yayımlanması da qadağan edilib.

Pakistanın ən böyük partiyası "Cəmaəti İslam" partiyası bu günün əvəzinə "Təvazökarlıq Günü" qeyd etməyi təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti