...

Koalisiyanın tərəfindən İŞİD hərbi polisinin rəhbəri məhv edilib

Dünya xəbərləri Materials 16 Fevral 2017 05:49 (UTC +04:00)
ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiyanın hava zərbələri nəticəsində İraqın Mosul şəhərində İŞİD hərbi polisinin rəhbəri məhv edilib
Koalisiyanın tərəfindən İŞİD hərbi polisinin rəhbəri məhv edilib

Bakı. Trend:

ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiyanın hava zərbələri nəticəsində İraqın Mosul şəhərində İŞİD hərbi polisinin rəhbəri məhv edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İraq Kürdüstanının təhlükəsizlik şurasının bəyanatında deyilir.

Bəyanatda deyilir ki: "Bizim anti-terror idarəmiz təsdiq edir ki, fevralın 14-də hava zərbələri nəticəsində Mosulda İŞİD hərbi polisinin rəhbəri Haqi İsmayıl Aued əl-Hədidi məhv edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti