...

Tailandda ağır yol qəzası baş verib: 9 ölü, 4 yaralı

Dünya xəbərləri Materials 16 Fevral 2017 06:39 (UTC +04:00)
Tailandda yük maşını ilə mikroavtobus toqquşub
Tailandda ağır yol qəzası baş verib: 9 ölü, 4 yaralı

Bakı. Trend:

Tailandda yük maşını ilə mikroavtobus toqquşub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 9 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Xəbərdə deyilir ki, yük maşını qarşı istiqamətdə olan və içərisində 8 nəfər olan mikroavtobus ilə toqquşub. Daha iki minik avtomobili isə mikroavtobusa çırpılıb. Yük maşınının sürücüsü və mikroavtobusda olan bütün insanlar hadisə yerində ölüb. Digər avtomobillərdə olan 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti