...

Nazir: "Fərat qalxanı" Əl-Babdan sonra da davam edəcək

Dünya xəbərləri Materials 16 Fevral 2017 15:00 (UTC +04:00)
"Fərat qalxanı" əməliyyatı Əl-Bab bölgəsindən sonra da davam edəcək.
Nazir: "Fərat qalxanı" Əl-Babdan sonra da davam edəcək

Bakı. Trend:

"Fərat qalxanı" əməliyyatı Əl-Bab bölgəsindən sonra da davam edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Fikri İşıq deyib.

Nazir qeyd edib ki, Əl-Baba nəzarət tamamilə ələ keçirilib, ərazidə təmizlik işləri aparılır:

"Fərat qalxanı" Əl-Babdan sonra da davam edəcək. Sırada Münbiç və Rakka bölgələri var".

F.İşıq hazırda Azərbaycanda səfərdə olan ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun sabah Türkiyəyə gələcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti