...

Terrorçu-intiharçı məqbərəni partlatdı - 72 ölü (YENİLƏNİB)

Dünya xəbərləri Materials 16 Fevral 2017 21:17 (UTC +04:00)
Pakistanın Sehvan-Şərif şəhərində Lal Şahbaz Qələndərin məqbərəsi yaxınlığında partlayış baş verib
Terrorçu-intiharçı məqbərəni partlatdı - 72 ölü (YENİLƏNİB)

İlkin xəbər saat 19:05-də yayımlanıb

Pakistanın Sehvan-Şərif şəhərində Lal Şahbaz Qələndərin məqbərəsi yaxınlığında partlayış baş verib.

Trend xəbər verir ki, vilayət polisinin verdiyi məlumata görə partlayış nəticəsində azı 72 ölüb, 150 nəfər yaralanıb.

Partlayışla bağlı məsuliyyəti üzərinə İŞİD terror qruplaşması götürüb.

XXX

19:05

Bakı. Trend:

Pakistanın Sehvan-Şərif şəhərində Lal Şahbaz Qələndərin məqbərəsi yaxınlığında partlayış baş verib. Trend xəbər verir ki, vilayət polisinin verdiyi məlumata görə, 50 nəfər yaralanıb.

Məlumata görə, partlayış baş verən zaman sufi filosof və şair Qələndərin (Sayed Muhamməd Usman Mərvəndi) məqbərəsində ənənəvi sufi ritual həyata keçirldiyindən çox sayda ziyarətçi olub.

İlkin məlumatlara görə, partlayış terrorçu-intiharçı tərəfindən törədilib.

Polis nümayəndəsinin bildirdiyinə görə, partlayış məqbərənin həyətində, qapıların yanıdan baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti