...

Tramp: Obama özündən sonra "tör-töküntü" qoyub

Dünya xəbərləri Materials 16 Fevral 2017 23:40 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əvvəlki prezident Barak Obamadan ona ölkənin daxilində, eləcə də beynəlxalq arenada "tör-töküntü" qalıb
Tramp: Obama özündən sonra "tör-töküntü" qoyub

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əvvəlki prezident Barak Obamadan ona ölkənin daxilində, eləcə də beynəlxalq arenada "tör-töküntü" qalıb.

Trend-in məlumatında görə, bu barədə Tramp CNN telekanalı ilə yayımlanan mətbuat konfransında deyib.

Tramp bildirib: "Bildiyiniz kimi administrasiya mız hökümətdə, eləcə də iqtisadiyyatda çoxsayda problem miras qalıb".

Daha sonra ABŞ prezidenti əlavə edib: "İstər evin içində, istər xaricdə tör-töküntüdür - iş yerləri ölkədən çıxır, aşağı əmək haqqı, Yaxın Şərq, Şimalı Koreya, hara baxırsan bax, özbaşınalıqdır. Biz bunun hamısını qaydaya salacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti