...

Avstraliyanın Baş naziri: Tramp dənizdən şikayət edən dənizçi kimidir

Dünya xəbərləri Materials 17 Fevral 2017 12:16 (UTC +04:00)
Tramp kütləvi informasiya vasitələrini tənqid etməklə çox vaxt itirir.
Avstraliyanın Baş naziri: Tramp dənizdən şikayət edən dənizçi kimidir

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp kütləvi informasiya vasitələrini tənqid etməklə çox vaxt itirir. Trend-in məlumatına görə, belə bi rbəyanatla Avstraliyanın Baş naziri Malkolm Törnbull çıxış edib.

Böyük britaniyalı siyasətçi Uinston Çörçillin sitat gətirən avstraliyalı nazir D.Trampı KİV-lərə ayırdığı diqqəti azaltmağa çağırıb: “Böyük siyasətçi Uinston Çörçill bir dəfə demişdi ki, qəzetlərdən şikayət edən siyasətçi dənizdən şikayət edən dənizçi kimidir”.

Qeyd edək ki, D.Tramp tez-tez mətbuatı tənqid edərək onları “saxta” və “müxalif partiya” adlandırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti