...

Tramp NATO-da dəyişiklik istəyir

Dünya xəbərləri Materials 17 Fevral 2017 20:42 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp NATO-nu dəstəkləyir, amma hesab edir ki, alyansda dəyişikliyə ehtiyac var.
Tramp NATO-da dəyişiklik istəyir

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp NATO-nu dəstəkləyir, amma hesab edir ki, alyansda dəyişikliyə ehtiyac var.

Trend "TASS"-a istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Ceyms Mettis Münhen Təhlükəsizlik Konfransında çıxışında deyib: "Tramp bugünki tələblərə uyğunlaşmaq üçün NATO-da dəyişiklik ideyasını dəstəkləyir".

Onun sözlərinə görə, NATO yeni təhlükələri müzakirə etməli və vahid blok şəklində çıxış etməlidir. Yeni təhlükələr dedikdə isə ABŞ müdafiə naziri terrorizm, kiberhücum və hibrid müharibələrini nəzərdə tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti