...

Tramp: CNN, NBC, The New York Times xalqın düşmənidirlər

Dünya xəbərləri Materials 18 Fevral 2017 10:44 (UTC +04:00)
Tramp bəzi Amerika KİV-lərini yalan xəbər yazmaqda ittiham edərək xalqın düşməni adlandırıb.
Tramp: CNN, NBC, The New York Times xalqın düşmənidirlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bəzi Amerika KİV-lərini yalan xəbər yazmaqda ittiham edərək xalqın düşməni adlandırıb.

Trend-in məlumatına görə, ABŞ prezidenti bu barədə özünün Twitter səhifəsində yazıb: "Yalan xəbər yayan KİV-lər (The New York Times, NBC, ABC, CBS, CNN) - mənim yox, xalqın düşmənidirlər".

Qeyd edək ki, D.Tramp dəfələrlə Amerika KİV-lərini yalan informasiyalar yazmaqda ittiham edərək qınayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti