...

Qazaxıstan Senatının sədri: BMT-nin nizamnaməsində ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ bir-birinə ziddir

Dünya xəbərləri Materials 21 Fevral 2017 00:42 (UTC +04:00)
BMT-nin nizamnaməsində ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ bir-birinə ziddir.
Qazaxıstan Senatının sədri: BMT-nin nizamnaməsində ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ bir-birinə ziddir

Bakı. Trend:

BMT-nin nizamnaməsində ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ bir-birinə ziddir.

Trend-in məlumatına görə, bunu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə iştirak edən Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev deyib.

O qeyd edib: “Məsələ burasındadır ki, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində iki əsas prinsip – dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ – bir-birinə ziddir. Beləliklə, bu, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsindən gələn böyük ikimənalılıqdır və ayrı-ayrı hallara gəldikdə, çaşqınlıqlar yaradır”.

K.Tokayev bildirib ki, Kosovo xüsusi hal kimi hesab edildi: “Xalqların öz müqəddəratını təyin etmək hüququ Kosovo kimi, necə deyərlər, “xüsusi hal”da tətbiq edildi. Sonra başqa hallar üzə çıxdı və biz hamımız dövlətlərin ərazi bütövlüyü haqqında danışmağa başladıq. Hesab edirəm ki, biz Birləşmiş Millətlər Təşkilatının həmin iki əsas prinsipinə gəldikdə, prioritetin seçilməsində çox aydın olmalıyıq. Mən ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmanı olduqca aydın şəkildə qeyd edən Birləşmiş Millətlər Təşkilatının baş katibi cənab Quterreşin bu yaxınlarda verdiyi bəyanatına diqqətinizi yönəltmək istərdim”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti