...

BMT: Qəddafinin oğlunun taleyi məlum deyil

Dünya xəbərləri Materials 21 Fevral 2017 14:57 (UTC +04:00)
Seyf əl-İslam Qəddafinin vəziyyəti barədə BMT heç bir məlumata malik deyil və onun sağ olub-olmaması barədə heç nə bildirə bilmərik.
BMT: Qəddafinin oğlunun taleyi məlum deyil

Bakı. Trend:

Liviya lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin vəziyyəti barədə BMT heç bir məlumata malik deyil və onun sağ olub-olmaması barədə heç nə bildirə bilmərik. Trend-in məlumatına görə, bunu BMT rəsmisi Klaudio Kordoni Cenevrədə olarkən deyib.

O qeyd edib: "Biz heç nəyə əmin deyik. Çünki Seyf əl-İslamı nə görən olub, nə onun barəsində eşidən. Lakin onun taleyi barədə bizə heç nə məlum deyil deyə, onunla nəsə pis bir şey baş verib kimi düşünmək istəmirik".

Xəbər lenti

Xəbər lenti