...

Dünyanın ən "təhlükəli" işi Rusiya diplomatı olmaqdır

Dünya xəbərləri Materials 22 Fevral 2017 22:54 (UTC +04:00)
Son iki ayda Rusiyanın 5 diplomatı dünyasını dəyişib.
Dünyanın ən "təhlükəli" işi Rusiya diplomatı olmaqdır

Bakı. Trend:

Son iki ayda Rusiyanın 5 diplomatı dünyasını dəyişib.

Trend-in məlumatına görə, son iki ay ərzində həyatını itirən ilk rus diplomat Türkiyədəki səfir Andrey Karlov olub. O, 2016-cı il dekabrın 16-da sui-qəsdin qurbanı oldu.

A.Karlovun terror hücumuna məruz qalmasından bir həftə sonra növbəti ölüm xəbəri Qazaxıstandan gəldi. Qazaxıstanda çalışan diplomat Roman Skrilnikovun dekabrın 26-da yaşadığı mənzildə meyiti tapıldı.

Rusiyanın Yunanıstandakı səfirliyində çalışan 55 yaşlı diplomat Andrey Malanin isə yanvarın 9-da evində ölmüş vəziyyətdə tapıldı.

Bundan sonra, yanvarın 26-da uzun zamandır Rusiyanın Hindistandakı səfiri olmuş 68 yaşlı Aleksandr Kadakinin "növbəsi çatdı".

Son vəfat edən diplomat isə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin oldu. 11 ildir bu vəzifədə çalışan 64 yaşlı V.Çurkin Nyu Yorkda dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti