...

ABŞ sakinlərinin 54 faizi Trampın fəaliyyətindən narazıdır - SORĞU

Dünya xəbərləri Materials 22 Fevral 2017 17:38 (UTC +04:00)
ABŞ sakinləri arasında sorğu keçirilib.
ABŞ sakinlərinin 54 faizi Trampın fəaliyyətindən narazıdır - SORĞU

Bakı. Trend:

ABŞ sakinləri arasında sorğu keçirilib. Trend-in məlumatına görə, sorğuda iştirak edənlərin yarıdan çoxu prezident Donald Trampın fəaliyyətinin ilk ayından narazı olduğunu bildirib. Belə ki, rəyi soruşulanların 54 faizi D.Trampın fəaliyyətini mənfi qiymətləndirib.

Bundan başqa, 42 faiz respondent hökumətin fəaliyyətindən narazı qaldığını bildirib.

D.Trampın 7 müsəlman ölkəsi vətəndaşlarına viza verilməsini qadağan edən sərəncamı ilə bağlı fikirlər haçalanıb. Bu sorğuda respondentlərin 50 faizi həmin sərəncamla bağlı razılığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti