...

Özbəkistanda kimyəvi zavodda partlayış: 14 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 24 Fevral 2017 07:24 (UTC +04:00)
Özbəkistanın Ferqana şəhərində "Ferqanaazot" kimyəvi zavodunda partlayış baş verib
Özbəkistanda kimyəvi zavodda partlayış: 14 yaralı (YENİLƏNİB)

Bakı. Dəmir Əzizov - Trend:

Özbəkistanın Ferqana şəhərində "Ferqanaazot" kimyəvi zavodunda partlayış baş verib.

Trend-in məlumatına görə, partlayışdan sonra baş verən yanğın nəticəsində 14 nəfər xəsarət alıb.

Özbəkistanın FHN-nin məlumatına görə, hadisənin başvermə səbəblərinin araşdırılması üzrə araşdırma aparılır və insident nəticəsində həlak olan olmayıb.

XXX

03:40

Özbəkistanın Ferqana şəhərində "Ferqanaazot" kimyəvi zavodunda partlayış baş verib.

Trend-in məlumatına görə, insident nəticəsində xəsarət alanlar və ölənlər barədə məlumat verilmir.

Xəbərdə deyilir ki, hadisənin baş vermə şəraiti və səbəblərini araşdırmaq üçün artıq hökumət komissiyası yaradılıb. Və bu komissiya zərərçəkənlərin ailələrinə lazımi yardım göstərilməsi ilə məşğul olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti