...

Yenə təyyarə insidenti - Tayvandan Çinə uçan təyyarədə...

Dünya xəbərləri Materials 24 Fevral 2017 18:09 (UTC +04:00)
Çinin “Shanghai Airlines” şirkətinin Taybey-Şanxay reysi ilə uçuş həyata keçirən sərnişin təyyarəsi texniki nasazlıq səbəbi ilə geri qayıtmalı olub.
Yenə təyyarə insidenti - Tayvandan Çinə uçan təyyarədə...

Bakı. Trend:

Çinin “Shanghai Airlines” şirkətinin Taybey-Şanxay reysi ilə uçuş həyata keçirən sərnişin təyyarəsi texniki nasazlıq səbəbi ilə geri qayıtmalı olub.

Trend-in məlumatına görə, içərisində 300 sərnişinin olduğu təyyarənin mühərrikində problem yaranıb. Bunu aşkar edən pilot təyyarəni Tayvan hava limanına geri qaytarmaq qərarına gəlib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Məlumata görə, sərnişinlər digər təyyarə ilə reys üzrə yola salınıb.

Xəbər lenti

Xəbər lenti