...

ABŞ BMT-nin İnsan Hüquqları Şurasından çıxa bilər

Dünya xəbərləri Materials 26 Fevral 2017 10:26 (UTC +04:00)
ABŞ prezidenti Donald Trampın administrasiyası BMT-nin İnsan Hüquqları Şurasından çıxmaq imkanlarını nəzərdən keçirir
ABŞ BMT-nin İnsan Hüquqları Şurasından çıxa bilər

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın administrasiyası BMT-nin İnsan Hüquqları Şurasından çıxmaq imkanlarını nəzərdən keçirir.

Trend-in "Politico" jurnalına istinadən verdiyi məlumata görə, BMT-nin İnsan Hüquqları Şurasının növbəti sessiyasında bu məsələ müzakirə olunacaq, lakin ABŞ tərəfindən hər hansı bir qərar gözlənilmir.

Qeyd edək ki, BMT İnsan Hüquqları Şurası təşkilatın sistemində beynəlxalq hüquq-müdafiə orqanıdır və o, İnsan Hüquqları üzrə Komissiyanı əvəzləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti