...

Əlcəzairdə terror aktı: yaralılar var

Dünya xəbərləri Materials 27 Fevral 2017 02:57 (UTC +04:00)
Əlcəzairin Konstantina şəhərində baş vermiş terror aktı nəticəsində bir neçə nəfər yaralanıb
Əlcəzairdə terror aktı: yaralılar var

Bakı. Trend:

Əlcəzairin Konstantina şəhərində baş vermiş terror aktı nəticəsində bir neçə nəfər yaralanıb.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, terrorçu-intiharçı polis məntəqələrinin birinin yaxınlığında "intiharçı kəmərini" işə salaraq özünü partladıb.

Əlcəzairin təhlükəsizlik orqanları hüçum edənin şəxsiyyətini artıq müəyyənləşdirib. Məlumata görə o, əvvəllər də hüquq mühafizə orqanları əməkdaşlarına qarşı hücumlarda iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti