...

Boliviyada baş vermiş üç yol qəzasında 25 nəfər ölüb

Dünya xəbərləri Materials 1 Mart 2017 02:37 (UTC +04:00)
Boliviyada üç ağır yol qəzası baş verib
Boliviyada baş vermiş üç yol qəzasında 25 nəfər ölüb

Bakı. Trend:

Boliviyada üç ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, bir qəza Boliviyanın paytaxtı La-Pasdan 150 kilometr şimal-qərbdə baş verib. Burada sərnişin avtobusu dərəyə düşüb. Qəza nəticəsində 17 nəfər həlak olub.

İlkin məlumata əsasən, qəzanın səbəbi yüksək sürət olub.

İkinci qəza La-Pasdan 200 kilometr şimal-şərqdə İnkisivi vilayətində baş verib. Buradada sərnişin avtobusu dərəyə düşüb. Qəza nəticəsində 6 nəfər həlak olub, 23 nəfər isə yaralanıb.

Qəzanın səbəbi məlum deyil.

Üçüncü qəzada isə motosiklet sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində 2 nəfər həlak olub.

Qeyd edək ki, yolların pis vəziyyətdə olmasına və yol hərəkəti qaydalarının pozulmasına görə, hər il Boliviyada orta hesabla min nəfər həlak olur, 40 min nəfər isə yaralanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti