...

Türkiyədə yollara beton baryerlər qoyuldu (VİDEO)

Dünya xəbərləri Materials 2 Mart 2017 12:21 (UTC +04:00)
Akçakale rayonunda təhlükəsizlik gücləndirilib.
Türkiyədə yollara beton baryerlər qoyuldu (VİDEO)

Bakı. Trend:

Türkiyənin Şanlıurfa vilayətinin Akçakale rayonunda təhlükəsizlik gücləndirilib.

Trend-in məlumatına görə, təhlükəsizlik tədbirləri çərçivəsində inzibati binalara, o cümlədən bələdiyyə binasına aparan yollar beton baryerlərlə bağlanıb.

Təhlükəsizlik tədbirlərinin bir müddət davam edəcəyi bildirilir.

Qeyd edək ki, Akçakale rayonu YPG terror təşkilatının nəzarətində olan Telabyad bölgəsi (Suriya) ilə həmsərhəddir.

VİDEO - "Hürriyyət" qəzeti

Məqalədə:
Xəbər lenti

Xəbər lenti