...

Terrorçu benzindaşıyan maşınları partlatdı

Dünya xəbərləri Materials 3 Mart 2017 13:54 (UTC +04:00)
Nigeriyanın şimal-şərqində terrorçu-intiharçı 3 benzindaşıyan maşını partladıb.
Terrorçu benzindaşıyan maşınları partlatdı

Bakı. Trend:

Nigeriyanın şimal-şərqində terrorçu-intiharçı 3 benzindaşıyan maşını partladıb. Trend-in məlumatına görə, hadisə Mayduquri şəhərində baş verib.

Terrorçu benzindaşıyan maşınının yanında partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində yaxınlıqdakı daha iki maşın da alışıb.

Hadisə yerində, avtomobillərin yaxınlığında olan daha iki terrorçu da partlayış nəticəsində ölüb.

Polisin məlumatına görə, dinc sakinlər arasında xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti