...

Türkiyədə Suriya hərbi təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 4 Mart 2017 22:44 (UTC +04:00)
Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində Suriya Hərbi-Hava Qüvvələrinə aid hərbi təyyarə qəzaya uğrayıb
Türkiyədə Suriya hərbi təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində Suriya Hərbi-Hava Qüvvələrinə aid hərbi təyyarə qəzaya uğrayıb.

Trend-in Anadolu-ya istinadən veridiyi məlumata əsasən, Türkiyənin baş naziri Binəli Yıldırım Yaylacıq rayonuna Suriya HHQ-nin təyyarəsinin düşməsi barədə məlumatların olduğunu deyib: "Hazırda hadisə yerində olan hərbiçilər axtarış əməliyyatlarında iştirak edir. Təyyarənin Türkiyə və ya Suriya ərazisinə düşdüyü dəqiq deyil".

Təyyarənin pilotu katapult vasitəsilə xilas olub və Türkiyyə ərazisinə enib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti