...

Nazir: Türkiyə peyklər üçün detallar istehsal edəcək

Dünya xəbərləri Materials 6 Mart 2017 11:44 (UTC +04:00)
019-cu ildə buraxılması planlaşdırılan “Türksat 6A” telekommunikasiya peyki tamamilə Türkiyə istehsalı olacaq
Nazir: Türkiyə peyklər üçün detallar istehsal edəcək

Ankara: Atilla Caner - Trend:

Türkiyə peyklər üçün detallar istehsal etməyə başlayacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.

Nazirin sözlərinə görə, Türkiyə milli sənaye sahəsində real nailiyyətlər əldə etmiş bir ölkəyə çevrilib.

O, həmçinin qeyd edib ki, 2019-cu ildə buraxılması planlaşdırılan “Türksat 6A” telekommunikasiya peyki tamamilə Türkiyə istehsalı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti