...

Latviyada daşqın - Bir rayonun ölkənin digər hissələri ilə əlaqəsi kəsildi

Dünya xəbərləri Materials 6 Mart 2017 17:53 (UTC +04:00)
Latviyada baş verən daşqın bir rayonun ölkənin digər hissələri ilə əlaqəsinin kəsilməsinə səbəb olub.
Latviyada daşqın - Bir rayonun ölkənin digər hissələri ilə əlaqəsi kəsildi

Bakı. Trend:

Latviyada baş verən daşqın bir rayonun ölkənin digər hissələri ilə əlaqəsinin kəsilməsinə səbəb olub.

Trend-in məlumatına görə, Yekabpils rayonunda avtomobil yolları su altında qalıb.

Daşqın nəticəsində formalaşan “ada”larda yüzdən çox adam qalıb. Bölgədə yeganə nəqliyyat vasitəsi kimi traktor fəaliyyət göstərir.

Daşqına səbəb kimi buzların əriməsi göstərilib. Son sutka ərzində Dauqava çayının səviyyəsi 2,5 metrə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti