...

Suriyada muzeydən 1,5 milyon dollarlıq kitab oğurlanıb - FOTO

Dünya xəbərləri Materials 8 Mart 2017 12:11 (UTC +04:00)
Türkiyəyə gətirilən qədim kitabı satmaq cəhdinin qarşısı alınıb.
Suriyada muzeydən 1,5 milyon dollarlıq kitab oğurlanıb - FOTO

Bakı. Trend:

Suriyada muzeydən oğurlanaraq qaçaqmalçılıq yolu ilə Türkiyəyə gətirilən qədim kitabı satmaq cəhdinin qarşısı alınıb.

Trend-in məlumatına görə, Bursa Jandarm komandanlığının əməkdaşları Suriyada muzeydən oğurlanan, ceyran dərisi üzərində qızıl işləməli, içində Məryəm Ana və İsa Peyğəmbərin şəkillərinin əks olunduğu 17 səhifəlik tarixi kitabı satış məqsədilə Bursaya gətirən 6 nəfəri saxlayıb.

Dəyəri 1,5 milyon dollar olan eksponat Bursa Muzeyinə təhvil veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti