...

Yıldırım Medvedyevlə danışdı - Bəzi məhsulların idxalına qadağa götürüldü

Dünya xəbərləri Materials 9 Mart 2017 18:12 (UTC +04:00)
Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyədən bir sıra meyvə və tərəvəz növlərinin idxalına tətbiq olunan qadağanın ləğv edilməsi ilə bağlı fərman imzalayıb.
Yıldırım Medvedyevlə danışdı - Bəzi məhsulların idxalına qadağa götürüldü

Bakı. Orxan Quluzadə - Trend:

Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyədən bir sıra meyvə və tərəvəz növlərinin idxalına tətbiq olunan qadağanın ləğv edilməsi ilə bağlı fərman imzalayıb.

Trend-in məlumatına görə, bu barədə D.Medvedev özü türkiyəli həmkarı Binəli Yıldırımla telefon danışığı zamanı bildirib.

Baş nazirlər ikitərəfli münasibətlərin bərpa olunması məsələsini müzakirə edib.

Qeyd edək ki, 10 mart tarixində Rusiya-Türkiyə Yüksək səviyyəli əməkdaşlıq şurasının altıncı iclası keçiriləcək. İclas çərçivəsində ölkə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti